Bayramov və Mirzoyan Stokholmda görüşəcəklər

Bayramov və Mirzoyan  Stokholmda görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də İsveçdə ATƏT-in Nazirlər Konfransı çərçivəsində görüşəcəklər. Bu barədə Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Lük Pyer Devin bildirib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci iclası 2-3 dekabr 2021-ci il tarixlərində İsveçin paytaxtı Stokholmda keçiriləcək.

ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirlərinin illik görüşü ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin dəvəti ilə baş tutacaq.

(Trend.az)

Mənbə: virtualaz.org