Ermənistanda hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi haqqında qanun layihəsi rədd edilib

Ermənistanda hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi haqqında qanun layihəsi rədd edilib

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası iclasda birinci oxunuşda “Şərəfim var” fraksiyasının deputatı Taquhi Tovmasyanın müəllifi olduğu “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında qanuna əlavə etmək barədə” qanun layihəsini müzakirə edib. Ordu.az xəbər verir ki, qanun layihəsi müsbət nəticə əldə etməyib.

Tovmasyan dövlət zəmanəti ilə göstərilən tibbi yardım və xidmət çərçivəsində erməni hərbi qulluqçuların sağlamlıq vəziyyətinin ilk növbədə və pulsuz olaraq müayinə və müalicəyə cəlb olunmasını təklif edir.

İcra hakimiyyəti mövcud qanunun müvafiq maddəsinin dəyişməz qalmasını təklif edib. Ermənistan hökuməti isə buna mənfi nəticə verib.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az