Lukaşenko: miqrantları sərhədə çatdıranlar arasında Rusiya vətəndaşları da olub

Lukaşenko: miqrantları sərhədə çatdıranlar arasında Rusiya vətəndaşları da olub

Belarus prezidenti Aleksandr Lukaşenko “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, Yaxın Şərqdən olan miqrantların Belarus sərhədinə çatdırılmasının təşkilatçıları arasında Rusiya vətəndaşları, o cümlədən çeçenlər var idi.

"Bu adamlar (miqrantlar - red.) şəxsi taksilərdən istifadə edərək, 350, 300 kilometr keçirlər, Brestə və ya Qrodnoya, sərhədyanı bölgəyə çatırlar. Özəl şirkətlər, sonra taksilər, avtobuslar... Amma burada Rusiyadan bələdçilər işləyirdi, çeçenlər sağ olsun. Çox nizamlı insanlardır, axını təşkil edirdilər ", - o vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, onlar Belarusdakı miqrantlara sərhədə çatmağa və "ola bilsin ki, onu keçməyə" kömək ediblər.

Mənbə: virtualaz.org