Ermənistan səhiyyə naziri erməni hərbi qulluqçuların təcili müalicəsi layihəsinin əleyhinədir

Ermənistan səhiyyə naziri erməni hərbi qulluqçuların təcili müalicəsi layihəsinin əleyhinədir

"Zabit 14 gün xidmətdən sonra postdan aşağı enir, sağlamlıq problemləri var, hərbi hospitalda mülaicəyə keçir və məlum olur ki, MRT müayinəsinə ehtiyacı var və aylarla növbədə dayanmalıdır. Hərbi qulluqçular üçün hər hansı prioritet yoxdur". Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimi məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan deyib.

Tovmasyan dövlətin üzərinə maliyyə yükü qoymadan erməni hərbi qulluqçular üçün kiçik imtiyazın tətbiqini təklif edir.

"Prioritet yoxdur, belə çıxır ki, dövlət hərbi qulluqçuya prioritet baxımından heç bir təminat vermir", - deyə o qeyd edib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az