Şadam ki, Rusiyanın bu hüququna hörmət edilməyib - Stoltenberq

Şadam ki, Rusiyanın bu hüququna hörmət edilməyib - Stoltenberq

NATO hətta Rusiyanın öz təsir dairəsinə malik olması fikrini də qəbuledilməz hesab edir, çünki onun bütün qonşuları suveren dövlətlərdir.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Bu, Rusiyanın qonşularının etdiklərini və ya etmədiklərini idarə edə biləcəyini faktiki etiraf etmək deməkdir. Və bu, bizim qayıtmaq istəmədiyimiz bir dünyadır. Böyük ölkələrin suveren müstəqil dövlətlərin edə biləcəyi şeylərə məhdudiyyətlər qoya biləcəyi bir dünya. Mən çox şadam ki, bizim NATO müttəfiqlərimiz Rusiyanın şimalda öz təsir dairəsini qurmaq hüququna heç vaxt hörmət etməyiblər", - Stoltenberq qeyd edib.

 

Mənbə: axar.az