Kabildəki səfirliyinin boşaldılmaması qərarı... - Rusiya

Kabildəki səfirliyinin boşaldılmaması qərarı... - Rusiya

Taliban hakimiyyəti ələ keçirdikdən sonra Rusiyanın Kabildəki səfirliyinin boşaldılmaması qərarı tamamilə düzgün idi, bu, ölkənin yeni rəhbərliyi ilə birbaşa əlaqə yaratmağa imkan verir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

“Son dörd ayda baş verənlər göstərdi ki, qərar tamamilə düzgün olub, səfirliyimiz demək olar ki, bütün heyəti ilə həmişəki kimi işləyir", - Kabulov bildirib.

 

Mənbə: axar.az