İrana Vyanada razılaşma təklif olunubmu?

İrana Vyanada razılaşma təklif olunubmu?

Nüvə sazişi ilə bağlı İran və ABŞ arasında böyük fikir ayrılıqları qalır, lakin mübahisəli məsələlərin həlli perspektivi realdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.

"Məsələ son dərəcə çətindir. Görünür ki, İran və ABŞ arasında fikir ayrılıqları çox böyükdür, bu, əvvəlki raundlarda da olub, indi də. Lakin biz qəti şəkildə inanırıq ki, danışıqlar yolu ilə real şanslar, diplomatiya hər şeyi həll edir", - Ulyanov vurğulayıb.

Ulyanov bildirib ki, Vyana danışıqlarında iştirak edən tərəflərdən heç biri rəsmi olaraq İranla bağlı müvəqqəti razılaşma təşəbbüsü ilə çıxış etməyib.

 

Mənbə: axar.az