Kiyevin mərkəzinə minlərlə insan toplaşdı

Kiyevin mərkəzinə minlərlə insan toplaşdı

Ukraynanın paytaxtı Kiyevdə - Müstəqillik meydanında mitinq keçirilir.

Axar.az xəbər verir ki, “Ukraynanı müdafiə et – çevrilişi dayandır” adı altında keçirilən mitinqə minlərlə insan toplaşıb.

Mitinqdə əsasən demokratik düşərgə və millətçi kəsimə mənsub insanlar iştirak edir.

Mitinqdən sonra iştirakçılar prezident ofisinin qarşısında toplaşmağı planlaşdırır.

 

Mənbə: axar.az