Merkel mənə söz verdi ki, bu iki min miqrant... - Lukaşenko

Merkel mənə söz verdi ki, bu iki min miqrant... - Lukaşenko

Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel telefon danışıqlarında Polşa-Belarus sərhəddindəki düşərgədə miqrant probleminin həlli üçün yardım vəd edib.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko bunun irəliyə doğru atılan böyük addım olduğunu söyləyib:

"Merkel vasitəsilə Avropa Birliyinə verdiyim sözü yerinə yetirirəm. Bir addım atmadılar, baxmayaraq ki, Merkel mənə söz verdi ki, bu iki min miqrantla bağlı Avropa Birliyi,qərar verəcək".

 

Mənbə: axar.az