NATO yeni konsepsiyanı elan edir: Rusiya da var...

NATO yeni konsepsiyanı elan edir: Rusiya da var...

NATO-nun yeni Strateji Konsepsiyası alyansın bu gün üzləşdiyi çağırışları və narahatlıqları, o cümlədən Rusiya və terrorizmlə bağlı problemləri həll edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

"Axırıncı dəfə biz - NATO 2010-cu ildə strateji konsepsiya yaratmışdıq və o zaman dünya tamamilə fərqli görünürdü. Tərəfdaş kimi Rusiya qeyd olundu, Çin qeyd olunmadı", - Blinken söyləyib.

O, yeni konsepsiyanın on il əvvəl deyil, bugünkü problemləri özündə əks etdirəcəyini qeyd edib.

 

Mənbə: axar.az