Mədət Quliyev: "Ermənistan ordusunun atıb qaçdığı texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Mədət Quliyev: "Ermənistan ordusunun atıb qaçdığı texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

"Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürələn texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib". Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir qeyd edib ki, Vətən müharibəsi dövründə qənimət kimi çoxlu sayda teknika və silah-sursat götürülüb: "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib".
 

 

Mənbə: ordu.az