Litva prezidentinin müşaviri Kremlə işləməkdə ittiham olunur

Litva prezidentinin müşaviri Kremlə işləməkdə ittiham olunur

Litva parlamentinin üzvü Mindauqas Linqe ölkə prezidentinin müşaviri Qitanas Nauseda Yurate Şoveneni Kremlə işləməkdə ittiham edib. AzVision.az xəbər verir ki, bu barədə “BaltNews Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, Şovinet referendum üçün tələb olunan vətəndaşların imzalarının sayının 300 mindən 100 minə endirilməsi təşəbbüsü ilə çıxış edib. Linqe isə bu təklifi respublikanı daha həssas vəziyyətə salacağını hesab edir.

Onun fikrincə, milli təhlükəsizliyə xələl gətirə biləcək təsadüfi təşəbbüslər öz şansını qazanacaq: “Rusiya səfirliyi yəqin ki, artıq Kremldəki xidmətlərə prezidentin dəstəyi barədə məmnuniyyətlə məlumat verib”.

İlkin Nəcəfzadə

 

Mənbə: azvision.az