Rusiya Belarusun Ukrayna ilə sərhədində hərbi təlimlərə başlayacaq

Rusiya Belarusun Ukrayna ilə sərhədində hərbi təlimlərə başlayacaq

"Yaxın 2 ayda Belarus və Rusiya hərbçiləri respublikanın Ukrayna ilə sərhədində iki mərhələdə təlimlər keçirəcəklər".

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko RİA Novosti agentliyinə müsahibəsində bildirib.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi qonşu Qərb ölkələrinin və Ukraynanın hərbi aktivliyini müşahidə edib.

"Biz prezident Putinlə razılaşdıq ki, yaxın gələcəkdə cənub sərhədlərində, Belarus-Ukrayna sərhədində birgə təlimlər keçirək", - Lukaşenko deyib.

Belarus prezidenti qeyd edib ki, hərbi təlimlərin birinci hissəsi mütləq qış aylarında keçiriləcək. Təlimlərin ikinci hissəsi isə ilk təlimdən 1 ay sonra baş tutacaq. O, bunun üçün hər şeyin hazır olduğunu ifadə edib.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org