Erməni əsirin bacısı: “Qardaşımın itkin düşənlərin deyil, əsirlərin arasında olduğundan əminəm”

Erməni əsirin bacısı: “Qardaşımın itkin düşənlərin deyil, əsirlərin arasında olduğundan əminəm”

Ermənistan Müdafiə Nazirliyi hələlik əsir düşən erməni hərbi qulluqçulardan heç birinin təfərrüatlarını açıqlamayıb.
Ordu.az xəbər verir ki, əsir düşdüyü güman edilən erməni hərbi qulluqçuların yaxınlarına heç bir məlumat verilmir.

Əsir düşdüyü güman edilən erməni hərbi qulluqçunun bacısı Arpine Xaçatryan qardaşının itkin düşənlərin deyil, əsirlərin arasında olduğundan əmin olduğunju bildirib.

“Uzun araşdırmadan sonra Azərbaycan saytında yayılan videodakı oğlanlardan birinin bizim Suren olduğuna demək olar ki, şübhəmiz yoxdur. Səsindən və jestindən əmin olduq, indi əsaslı şəkildə onun o olduğunu deyə bilərik”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
 

Mənbə: ordu.az