Deputat və azərbaycanlı iş adamı dövlət müəssəsinə milyonlarla dollar ziyan vurublar

Deputat və azərbaycanlı iş adamı dövlət müəssəsinə milyonlarla dollar ziyan vurublar

Ukraynanın şərqində keçirilən antiterror əməliyyatının iştirakçıları deputat Anatoli Qunkonu Çerniqov vilayətində Milli Aqrar Elmlər Akademiyasının müəssisəsinin tarlalarından 150 milyon qriven (təxmini 5,4 milyon dollar -red.) dəyərində məhsulun oğurlanmasına himayədarlıq etməkdə ittiham edirlər. Golos.ua xəbər verir ki, hərbçilər Qunkonun və müəssisə direktorunun qəbul otağına baş çəkiblər.

Aksiya iştirakçısı Dmitri Skripka qeyd edib ki, dövlət müəssisəsinin direktoru Nikolay Polovik ona 8 il rəhbərlik etdiyi müddətdə 90 milyon qrivna məbləğində ziyan vurub. Hərbçilərinin fikrincə, məhsulun oğurlanması əvvəlcə Poloviki cinayətkar adlandıran, sonra isə onun üçün “krışa” təşkil edən və təhlükəsizliyini təmin edən deputat Anatoli Qunkonun iştirakı olmadan mümkünsüz olardı.

Anatoli Qunko

“Bizi həbs etmək üçün heç bir səbəb görməyən korrupsioner prokurorları, cinayətkarların maraqlarına uyğun qərarlar çıxaran hakimləri və taxıl oğurluğuna kömək edən polisləri görürük. Biz Maydanda və Şərqdə ona görə vuruşmurduq ki, forma geymiş cinayətkarlar dövləti qarət etsin”, - Skripka bəyan edib.

Dörd il Ukraynanın şərqində Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələrində döyüşmüş aksiyanın digər iştirakçısı Maksim Solovar həmçinin məhsulun xüsusi xidmətlərin himayəsi altında dövlət müəssisəsinin tarlalarından oğurlanmasından hiddətlənir. O bildirir ki, belə əməllər, insanları taxılsız və qazancsız qoyur.

"Gunko kimi insanlar parlamentdə deyil, həbsxanada oturmalıdırlar", - döyüşçü deyib. "Və polislər quldurlara öz xalqlarını soymaqda kömək etməkdən utanmalıdırlar."

Qeyd olunur ki, dövlət müəssisəsinin tarlalarından məhsulu azərbaycanlı Həsənov Əlabbas Şəhriyar oğluna məxsus şirkət çıxardırdı.

Dövlət müəssisəsindən çıxarılan taxıl heç bir yerə hesablanmırdı. Müəssisənin qanuni direktoru 152 milyon qrivna məbləğində itkilərin olmasını bəyan edir. Əməliyyat məlumatlarına görə, taxıl Parafiyevka, Bolşaya Doç və Nijındakı müəssələrə daşınıb. Məhsulun əksər hissəsi Nejinski zavoduna satılıb. Sövdələşmədən əldə edilən pul Həsənov Əlabbas Şəhriyar Oğlı ilə Anatoli Qunko arasında yarıya bölünüb. Gəlirin bir hissəsi mühafizə firmalarına, polis rəhbərliyinə, prokurorlara, vəkillərə və notariuslara verilirdi.

Qeyd olunur ki, Anatoli Qunkonun adı əvvəllər Brovarı yaxınlığındakı Radio Ötürmə Mərkəzinin torpaqlarının zəbt edilməsi ilə bağlı qalmaqalda hallanırdı. Bütün Ukrayna ərazisini siqnalla əhatə edə bilən unikal “Borey” radio qülləsi metal qırıntılarına kəsilmişdir. Günko deputat mandatından istifadə edərək həbsdən canını qurtara bilib.

Mənbə: virtualaz.org