Yüksək rütbəli hərbçiləri yetişdirmək üçün neçə il sərf olunur?

30 noyabr tarixində Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması və qəza nəticəsində 14 yüksək rütbəli hərbçinin həyatını itirməsi xəbəri hər bir azərbaycanlını dərindən sarsıdıb.

Bir daha qeyd edək ki, qəza nəticəsində şəhid olan hərbçilərin rütbələri polkovnik, mayor, kapitan, leytenant, baş-leytenandır. Bu rütbəli hərbçilərin, peşəkarların hazırlanması illər tələb edir.

Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu hadisə təkcə Dövlət Sərhəd Qoşunlarına yox, ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinə böyük bir zərbədir.

 

Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Zabit heyətini hazırlamaq, onu peşəkarlıq səviyyəsinə gətirmək illər tələb edir. Baxın, 3 il Cəmşid Naxçıvanski adına hərbi lisey, 4 il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə

təhsil alırlar, daha sonra isə Azərbaycanda, Türkiyədə və s. xarici ölkələrdə kurslar keçirlər. Yəni, orada pilot olmaq üçün həddindən artıq əziyyət çəkmək, 10-15 il arası müddət sərf etmək lazımdır ki, prafisional zabit yetişsin. Təbii ki, burada mütəxəssislərdən söhbət gedir.

Bu, çox acınacaqlı haldır. Bu təkcə Dövlət Sərhəd Qoşunlarına yox, ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinə böyük bir zərbədir. Çünki bizə bundan sonra hələ 15 il lazımdır ki, oradakı şəhid olan pilotlarımızı yenidən yetişdirək, cəmiyyətə təqdim edək. Ələxsus da bu insanlar döyüşdə olmuş, rəşadətlə döyüşmüş, qəhrəman zabitlər idi. Yəni, döyüş təcürəsi olan zabitlər idilər.

Bu dövlət, ordu üçün kifayət qədər böyük itkidir. Burada istintaqın necə aparılacağına qarışa bilmərik. Nəticəni gözləməliyik. Amma bu helikopterləri nə qədər tez yeniləsək, dəyişdirsək, gələcəyimiz üçün bir o qədər də yaxşı olar. Praktika göstərir ki, bu cür qəzalar əvvəllər də baş verib. Bu helikopterlər köhnədir.

Şəhidlərimizin hər birinə Allahdan rəhmət, ailələrinə isə sərb diləyirəm”.

Leyla Mirzə

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayında yeni antirekord qeydə alınıb

SONRAKI XƏBƏR

Jurnalistə hücum etdiyi deyilən Rövşən Cahangirov DANIŞDI: "Orada nə ediblər..." - VİDEO