"İran Cənubi Azərbaycana görə bunu etmir" - Voskanyan Tehranın ŞOK PLANLARINI AÇIQLADI

“İranın Azərbaycanın ərazi bütövlüyü məsələsində çox aydın mövqeyi var. İran tərəfi heç bir halda bu dövlətin həyati maraqlarını nəzərə alaraq ərazi bütövlüyü prinsipindən imtina edə bilməz. Odur ki, ilk növbədə ərazi bütövlüyü faktının vurğulanmasını nəzərdə tuturlar. İranın daxilində separatizm ocaqları var və iranlılar öz ölkələrinin daxilində qarşılaşa biləcəkləri problemləri nəzərə alaraq heç bir halda xalqların öz müqəddəratını təyinetmə hüququndan danışa bilməzlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan İran və Azərbaycan prezidentlərinin son Aşqabad görüşü və onun nəticələri haqqında Panorama.am saytına müsahibəsində söyləyib.

“Məsələn, iranlılar bir dəqiqəlik Qarabağdakı ermənilərın öz müqəddəratını təyinetmə hüququndan danışsalar, sabah onlar Cənubi Azərbaycanın öz müqəddəratını təyinetmə problemi ilə üzləşə bilərlər. Odur ki, Tehranın bu məsələdə mövqeyi çox aydındır. İranın bölgədəki maraqlarını da nəzərə alaraq, bu, vahid İraq və vahid Suriyanın mövcudluğunu nəzərdə tutur. Bilirsiniz, İraqı parçalamaq, sünni, şiə, kürd dövləti yaratmaq, Suriyanı parçalamaq planları var. Təbii ki, iranlılar, ən azı, bəyanatlar səviyyəsində bu prinsipdən kənara çıxa bilməzlər” –deyə erməni iranşünas vurğulayıb./moderator.az/

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Hökumət buludu”nun yaradılması üçün sənədlər hazırlanır

SONRAKI XƏBƏR

Bakıda yeniyetmə qız özünü binanın 14-cü mərtəbəsindən atdı – ŞOK MƏKTUB ÜZƏ ÇIXDI