Erməni hərbi ekspert: “Papikyana qarşı kar müqavimət olacaq”

Erməni hərbi ekspert: “Papikyana qarşı kar müqavimət olacaq”

“Problem odur ki, hazırkı hakimiyyətin güclü orduya sahib olmağı necə təsəvvür etdiyini başa düşmək lazımdır və əgər bu təsəvvür doğrudursa, onlar bunu həyata keçirmək iqtidarındadırlar?”. Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Mher Hakobyan deyib.

Hakobyan sual ünvanlayıb ki, məgər Ermənistanın hərbi-siyasi rəhbərliyi güclü ordunun nə olduğu və buna hansı yollarla çatmaq istədiyi ilə bağlı aydın təsəvvürə malikdir?

“Ordu qapalı korporativ kastadır, Papikyana (Ermənistan müdafiə naziri - red.) qarşı kar müqavimət olacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az