Ermənilərin iç üzünü açan Roman Bağdasaryandan yeni XƏBƏR VAR: “Faktları havadan götürmürəm”

Xəbər verdiyimiz ki, erməni bloger Roman Bağdasaryan sosial şəbəkədəki son canlı yayımında bildirib ki, Qarabağda qondarma rejimin generalları və zabitləri müharibə zamanı çoxsaylı qətllər törədiblər və Ermənistandan gələn hərbçilərin məhv edilməsi sifarişini veriblər. Bu açıqlama Xankəndində ciddi narazılıqla qaşılanıb. Artıq dünəndən başlayaraq onun öldürülməsi ilə bağlı çağırışlar səsləndirilib.

Bizim.Media xəbər verir ki, rejimin “Milli Təhlükəsizlik Xidməti” də məsələyə qarışıb və bloger dindirilmək üçün quruma dəvət edilib.

Xatırladılır ki, əsaslar ortaya çıxsa, Bağdasaryana qarşı prosessual məcburetmə vasitəsi tətbiq ediləcək.

Qeyd edək ki, bloger mövzu ilə bağlı hələki açıqlama verməyib, ancaq Telegram kanallarından ona qarşı edilən növbəti hədyan fikirlərə münasibət bildirib:

“Təbii ki, belə təhdidləri izləmək çox gülməlidir. Bilirəm ki, bütün kanal adminləri məni oxuyur və ona görə də sizə müraciət edirəm. Mən şəxsən sizin bütün təhdidlərinizin və mənə hücum çağırışlarınızın skrinşotlarını saxlayıram, hər şey arxivdədir və lazım gələrsə, sizə qarşı cinayət işinə asanlıqla daxil edilə bilər.

Kanallardan birinin yazısı xüsusilə gülməlidir ki, Ermənistan və “Artsax”ın MTN-si məni həbs etməlidir. Mən şübhə edirəm ki, buna onların vaxtı olmayacaq, çünki hazırda 44 günlük müharibə zamanı 2100-dən çox xəyanət və hərbi əməliyyatlardan qaçmaqla bağlı cinayət işləri araşdırılır!

Siz ciddi düşünürsünüz ki, mən verilişlərimdə haqqında danışdığım bütün faktları havadan götürürəm? Heç ağlınıza gəlibmi ki, bunlar sənədləşdirilib və mənim sözlərimdə böhtan yoxdur.

Mənə qarşı məhkəmə iddianızı gözləyirəm, amma gölməçədə oturanda inciməyin”.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən bahalı şəhərləri AÇIQLANDI

SONRAKI XƏBƏR

Yaxın günlərdə Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər - SƏBƏB