Dünənki aksiyada saxlanılanlar məhkəməyə çıxarılır

Dünənki aksiyada saxlanılanlar məhkəməyə çıxarılır

Dekabrın 1-də Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılanlardan 4 nəfəri hələ də azad olunmayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) məlumat yayıb

Saxlanılanların AXCP Binəqədi şöbəsinin üzvü Elxan Əliyev, Nərimanov şöbəsinin Gənclər Komitəsinin sədri Səyyad Quliyev Səbail rayon Məhkəməsinə gətirilib.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynov, İctimai fəal Rüstəm İsmayılbəyli hələ məhkəməyə gətirilməyib, onlar Səbail RPİ-nin 39-cu PB-də saxlanılır. Yaxın saatlarda onların da məhkəməyə çıxarılacağı bildirilir....

Mənbə: modern.az