"Artsax qəhrəmanlarının kapitulyant tərəfindən cəzalandırılması davam edir" - Akopyan

“Artsaxı azad edən qəhrəmanların kapitulyant tərəfindən cəzalandırılması əməliyyatı davam edir”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Ruben Akopyan Facebook səhifəsində yazıb. Qarabağda terrorçuluqla məşğul olmuş Aşot Minasyanın həbsinə münasibətini Akopyan belə bildirib: “İrəvan Ağsaqqallar Şurası, utanmırsan? Günümüzün tragikomediyası ondan ibarətdir ki, İrəvan Ağsaqqallar Şurası bütün dövrlərdə ölkə rəhbərlərinə yaltaqlanan məşhur alçaqa (Henrik Hovannisyan – red.) təcili olaraq İrəvanın fəxri vətəndaşı adını verir. Eyni zamanda müharibə iştirakçısı komandir Aşot Minasyanın (Aşot Yerkat) həbsi haqqında qərar qəbul edildi.

 

“Əslində, kapitulyantın əməliyyatı davam edir, əməliyyatın mahiyyəti ondan ibarətdir ki, Artsaxı azad edən heç bir qəhrəman cəzasız qalmayacaq …, – deyə Akopyan yazıb.

P.S. “Artsaxı azad etmək” – kimdən, torpağın sahibindənmi azad etdiniz “artsax” adı qoyduğunuz Qarabağı? Qarabağ əzəli və əbədi Azərbaycan torpağı olub və olacaq.

Xuraman Etibarlı

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Xalq artistinin ailsəsində XOŞ GÜN - FOTO

SONRAKI XƏBƏR

Qarabağda yeni məktəblər tikilir