Nazirlərin görüşü: Erməniləri bu dəfə nə gözləyir?

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdə görüşəcək.

Bunu Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin deyib. O bildirib ki, görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur. Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistanın nazirlərinin bir araya gəlməsi maraq doğurur.

Görüşdə hansı yeniliklər gözlənilir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib ki, artıq məsələlər Soçi görüşündə dövlət başçıları tərəfindən müzakirə olunub:

“Amma təbii ki, bir sıra gündəlik məsələlər də var. Görüşdə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya məsələləri gündəmdə olacaq. Mən şübhə etmirəm ki, erməni tərəfi yenə də “hərbi əsirlər” məsələsini qaldıracaq, danışıqların Minsk Qrupu çərçivəsinə qayıtması məsələsinə toxunulacaq. Çünki Ermənistan Baş naziri Nikol Paşiyan Soçidə bununla bağlı ifadələr səsləndirdi. Hücumedici diplomatik addımlarımız onların tələbləri qarşısında sədd olacaq və sərt münasibət bildiriləcək. Burada ilin axırına qədər həll olunmayan məsələlər ciddi şəkildə müzakirə olunmalıdır. Soçidə də bu barədə məsələ bəyan olundu və bəyanatda da öz əksini tapdı. Müəyyən komissiyalar artıq işləyir. Düşünürük ki, ilin sonuna qədər erməni tərəfi sağlam düşüncə nümayiş etdirərək bu məsələləri həll etməlidir. Hər halda, bu şərtlər, qaldırılan məsələlərə aydınlıq gətirməli və yerinə yetirməlidir".

Naibə

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Qarabağda yeni məktəblər tikilir

SONRAKI XƏBƏR

Sebastiyan Kurts siyasətlə vidalaşdı – Korrupsiya qalmaqalı gənc siyasətçini bitirdi