Erməni sosioloq: “Ölkə fors-major vəziyyətlə üzləşib və hələ də ondan çıxmayıb”

Erməni sosioloq: “Ölkə fors-major vəziyyətlə üzləşib və hələ də ondan çıxmayıb”

Paralel.az xəbər verir ki, Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan xalqının gələcəyə inamı olmadığını deyib: “Ermənistan hakimiyyəti bu istiqamətdə konkret tədbirlər görməlidir.
Ölkə fors-major vəziyyətlərlə üzləşib və hələ də bu vəziyyətdən çıxmayıb.
Risklər nə qədər çox olarsa, müharibə ehtimalı da bir o qədər yüksək olar. Daxili çəkişmələr nə qədər yüksək olarsa, xarici investorlar bir o qədər ehtiyatlı olarlar.
Təhlükəsizlik məsələsində təkcə qonşu dövlətlərlə dil tapmağa çalışmamalı, başqa dövlətlərlə ittifaqlar qurmağa, hərbi sənaye kompleksini inkişaf etdirməyə, iri beynəlxalq şirkətləri dəvət etməyə çalışmaq lazımdır.
Orta və uzunmüddətli perspektivdə sülh Ermənistan üçün bütün nöqteyi-nəzərdən vacibdir”.
Nigar

Mənbə: paralel.az