MİT-dən kritik əməliyyat: 2 terrorçu Türkiyəyə gətirildi

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK terror qruplaşmasına qarşı mühüm əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qruplaşmanın rəhbərliyində təmsil olunan “Məzlum Cir Ağrı” kod adlı Əmrah Adıgözəl və "Sarina/Diljin" kod adlı Pərvin Arslan Türkiyəyə gətirilib.

Əmrah Adıgözəl PKK/KCK terror təşkilatının liderlərindən olan Duran Qalxanın mühafizəçilərindən sayılır. 2 il Qalxanın mühafizəçisi olan terrorçunun Şimali İraqdakı Qara, Sincar və Hakurk bölgələrində fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib. O, həmçinin Sincar bölgəsindəki təşkilatın “kəşfiyyatı”na cavabdeh olub.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda “Facebook” hesablarını kim sındırır?

SONRAKI XƏBƏR

İsrail səfiri Azərbaycana başsağlığı verdi