Erməni deputat: “Azərbaycan bir çoxlarını özünə müttəfiq və tərəfdaş edir”

Erməni deputat: “Azərbaycan bir çoxlarını özünə müttəfiq və tərəfdaş edir”

“Dünyada qeyri-müəyyənlik amili güclənir, beynəlxalq münasibətlərdə ziddiyyətlər artır”. Ordu.az xəbər verir ki, bunu öz məqaləsində Ermənistan parlamentinin regional və Avrasiyaya inteqrasiya məsələləri komissyasının sədri Armen Gevorqyan yazıb.

Onun sözlərinə görə, Azərbaycan regional münasibətlərə dair öz planını həyata keçirir, bir çoxlarını özünə müttəfiq və tərəfdaş edir.

“Biz iqtisadi defoltdan qaçmalıyıq ki, bu da son nəticədə xarici dünyadan artıq maliyyə asılılığımızı da formalaşdıracaq. Bu, ən vacib işlərin yalnız bir hissəsidir. Lakin həm bu, həm də digər ediləcəklər məsələsində ümumilli konsensus baş tutmalıdır”, - deyə Gevorqyan bildirib.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az