Baydendən skandal addım: “Separatizmi dəstəkləyən ölkələri...”

“Rəsmi Vaşinqtonun “Demokratiya sammiti”nə dəvət etdiyi dövlətlərin siyahısına nəzər salmaqla, Bayden və adminstrasiyasının demokratiya haqqında təsəvvürlərinin sərhədlərini müəyyənləşdirmək mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert sözügedən sammitə dövlət olunan ölkələrin siyasi profilinə diqqət çəkib:

“Çox uzağa getmədən, qonşu Gürcüstanla yanaşı “Demokratiya sammiti”nə dəvət alan Nauru, Tuvalu və Vanuatu adlı cırtdan dövlətlərlə bağlı bir məqamı diqqətə çatdırmaq istəyirəm. Məsələ burasındadır ki, Nauru Abxaziya və Cənubi Osetiyanı hələ də müstəqil dövlət kimi tanıyır. Eyni qərar 2011-ci ildə Tuvalu və Vanuatu tərəfindən də qəbul edilib. Amma 3 il sonra, 2014-cü ildə sözügedən dövlətlər qərarlarını geri çağırdılar. Buna baxmayaraq, hər iki dövlət 3 il ərzində Gürcüstanın ərazi bütövlüyünü de-yure tanımayıblar və separatçı rejimlərə rəsmi şəkildə dəstək veriblər ki, bu da onların betnəlxalq hüququn norma və prinsiplərinə, separatçı rejimlərin ərazisindən zorla çıxarılmış Gürcüstan vətəndaşlarının hüquq və azadlıqlarına olan münasibətini ortaya qoyur.

Eyni problem Ukrayna ilə bağlı da yaşanır. Qeyd edim ki, sözügedən sammitə Ukrayna ilə yanaşı, Krımı de-fakto Rusiya ərazisi kimi qəbul edən, BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı 27 mart 2014-cü il tarixli, 68/262 saylı qətnaməsinin əleyhinə səs verən Anqola, Ermənistan, Hindistan, Serbiya də var.

Diqqətçəkən məqamlardan biri də Ağ Evin xeyir-duası ilə hazırlanan “Demokratiya indeksi”ndə ən son sıralarda olan dövlətlərin “demokratiya sammiti”nə dəvət olunmalarıdır.

Məsələn, Konqo Demokratik Respublikası “Demokratiya indeksi”ndə ən son sıradan əvvəl – 166-cı pillədə qərarlaşıb. Sammitə dəvət olunanlar arasında yer alan Qvineya 133, Niger 125, Anqola 117, Nigeriya 110-cu pillədədir. Amma Türkiyə “Demokratiya indeksi”ndə 104-cü sırada qərarlaşsa da, “Demokratiya sammiti”nə dəvət almayıb. Daha öncə də qeyd etdiyim kimi, “Demokratiya indeksi” ABŞ-ın, Böyük Britaniyanın və digər Qərb dövlətlərinin dəstəyi ilə hazırlanıb və təqdim etdiyim göstəricilərin subyektiv, yaxud obyektivliyindən asılı olmayaraq, son hesabatdan götürülüb, Ağ Evin hesabatlarında da bir qayda olaraq, bu sənədə istinad olunur.

Hesab edirəm ki, bunlar beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına münasibətdə, həmçinin “Demokratiya indeksi”ndə ən son sıralarda yer alan ölkələrin “Demokratiya sammiti”nə dəvət almaları, bu tədbirin əsas məqsədinin nədən ibarət olduğunu göz önündə sərgiləyir. Məqsəd hegemon mövqeyini itirən qütbün dünyanı yenidən iki parçalamaq cəhdi və ətrafında “süni peyklər” yaratmaqla “demokratiya” müstəvisindən parçala və hökm sür siyasətini davam etdirməkdir”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş olub

SONRAKI XƏBƏR

Bakıda qadın sürücü tıxaca səbəb oldu - VİDEO