ABŞ Belarusa qarşı sanksiyalar tətbiq etdi

ABŞ Belarusa qarşı sanksiyalar tətbiq etdi

ABŞ Belarusun dövlət borcuna qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Yeni sanksiya Amerika vətəndaşlarına “2021-ci il dekabrın 2-də və ya daha sonra Belarus Respublikasının Maliyyə Nazirliyi və ya Belarus Respublikasının İnkişaf Bankı tərəfindən 90 gündən çox müddətə verilmiş yeni borc öhdəlikləri” ilə əməliyyatlar aparmağı qadağan edib.

Yeni sanksiyalar paketinin bir hissəsi olaraq Xəzinədarlıq Departamenti bu qiymətli kağızların ABŞ-da dövriyyəsinə qadağa qoyub, lakin izah edib ki, hər iki strukturla digər qarşılıqlı əlaqəyə icazə verilir.

 

Mənbə: qafqazinfo.az