Lavrovla Blinken arasında MÜZAKİRƏ: Azərbaycan-Ermənistan arasında...

Lavrovla Blinken arasında MÜZAKİRƏ: Azərbaycan-Ermənistan arasında...

Vaşinqton Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləyir.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, tərəflər Qafqazdakı vəziyyəti müzakirə ediblər və dövlət katibi Ermənistan və Azərbaycan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayıb.

Bundan öncə Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında danışıqlar aparılıb. Sonda birgə bəyanat qəbul edilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü dekabrın 15-də Brüsseldə planlaşdırılır.

Xatırladaq ki, Blinkenlə Lavrov arasında görüş Stokholmda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində baş tutub.

Hüseyn

Mənbə: publika.az