Aİ-də Rusiya-Ukrayna mövzusu müzakirə olunacaq

Aİ-də Rusiya-Ukrayna mövzusu müzakirə olunacaq

Dekabrın 13-də Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə Rusiya və Ukrayna arasındakı vəziyyəti müzakirə edəcəklər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Piter Stano məlumat verib. O bildirib ki, Ukrayna Aİ-yə üzv olmaq üçün namizəd ölkə olmasa da, Aİ-nin mühüm tərəfdaşıdır:
“Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək və biz Ukraynanın bir çox sahələrdə sabitliyini necə gücləndirəcəyimiz üzərində işləyirik. Bu məsələlər Aİ xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə müzakirə olunacaq".

Mənbə: www.yeniavaz.com