Çavuşoğlu nöqtəni qoydu: “Bunu tanımayacağıq” – Rusiyaya şok mesaj

“Türkiyə Krımın qanunsuz ilhaqını tanımayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Krımın qanunsuz (Rusiyaya) ilhaqını tanımayacağıq. Krımlıların və tatarların haqlarının pozulması bizi narahat edir. Biz Gürcüstan və Moldovada sülh və davamlı həll səylərini dəstəkləməyə davam etməliyik. Dəyişən təhlükəsizlik mühitində vasitəçilik səylərimizə nəticəyönümlü yanaşma tətbiq etməliyik”, - nazir bildirib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Qualcomm şirkəti Apple M-ə rəqib hazırlayır

SONRAKI XƏBƏR

“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI