Bağdad Amreyev: "İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni" müstəsna xidmətlərinə görə təqdim edilib"

Bağdad Amreyev: "İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni" müstəsna xidmətlərinə görə təqdim edilib"

"Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni" təqdim edilib. Dünyada nadir olan bu mükafat iki il əvvəl dövlətlərimizin başçıları tərəfindən təsis edilib, 6 dövlət başçısının qərarı və imzası ilə verilir. Razılaşın, dünyada belə bir orden yoxdur".

"Report"un xəbərinə görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev "exclusive.kz" saytına müsahibəsində deyib.

"İlk dəfə bu orden 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edilib. Bu il isə orden İlham Əliyevə türk dünyasının möhkəmlənməsində müstəsna xidmətləri və işğal altındakı Qarabağın azad edilməsindəki roluna görə verilib. Bütün türk dövlətlərinin qardaş Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə etməsi rəmzi məna daşıyır”, - Baş katib qeyd edib.

Mənbə: report.az