İrəvan daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlıq imzaladı

İrəvanda Ermənistan-Litva ikitərəfli əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Məsləhətləşmələrdə 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı imzalanıb. Plana əsasən 2022-ci ildə təcrübə mübadiləsi, hərbi tibb və hərbi-siyasi məsləhətləşmələrlə bağlı 71 birgə tədbir keçiriləcək.

Qeyd edək ki, bundan öncə Ermənistan hərbçiləri NATO ölkəsi Yunanıstanla hərbi təlimlər keçmişdi və bu təlimlər vaxtaşırı olaraq aparılır.

Ermənistan NATO-nun rəqibi sayılan KTMT üzvüdür.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu

SONRAKI XƏBƏR

Blinken Ceyhun Bayramovla görüşündən yazdı