“Rusiyanın qonşusuna qarşı hərbi müdaxiləsini çox, çox çətin edəcək təşəbbüslər hazırlayırıq...”

“Rusiyanın qonşusuna qarşı hərbi müdaxiləsini çox, çox çətin edəcək təşəbbüslər hazırlayırıq...”

ABŞ prezidenti Cozef Bayden deyib ki, Rusiyanın qonşusu Ukraynaya qarşı hərbi eskalasiyasını “çöx, çox çətin” edəcək təşəbbüslər hazırlayır.

Bundan az əvvəl Kiyev Rusiyanın Ukrayna sərhədlərinin yaxınlığında böyük hərbi qüvvə toplamasından və onun gələn ay mümkün hücumdan narahatlığını bildirmişdi.

ABŞ prezidentinin xəbərdarlığı Rusiya rəsmilərinin Bayden və Rusiya prezidenti Vladimir Putin arasında videodanışıqların yaxın günlərdə gözlənildiyini bildirdikləri vaxta təsadüf edib. Bayden deyib ki, o hazırda onun qənaətinə görə “cənab Putinin adamların qorxduğu addımı atmasını çətin, son dərəcə çətin edəcək ən geniş və ən mənalı təşəbbüslər paketi hazırlayır”.

Bayden jurnalistlərə bildirib ki, onun administrasiyası vəziyyətlə bağlı Ukrayna və Avropa müttəfiqləri ilə daimi əlaqədədir. Bundan əvvəl Rusiyanın Ukraynaya yaxın bölgələrdə 90 minədək əsgəri qüvvə topladığı xəbər verilmişdi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasına müdaxilə edib. Bunun ardınca yarımada ilhaq olunub və Ukraynanın şərqində rusiyayönlü separatçılıq baş qaldırıb.

NATO və Qərb liderləri bundan əvvəl dəfələrlə Rusiyanın hərbi eskalasiyanı artırmasının nəticələri barədə xəbərdarlıq ediblər. Dekabrın 3-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov millət vəkillərinə deyib ki, kəşfiyyat Rusiya tərəfindən geniş hərbi eskalasiyanın baş verə biləcəyini bildirib.Nazir parlamentdə etdiyi çıxışda deyib ki, kəşfiyyat belə bir eskalasiyanın yanvarın sonlarında ola biləcəyi qənaətindədir.

O bildirib ki, hərbi eskalasiya təhlükəsinin azaldılmasının ən münasib yolu “müttəfiqlərlə işləmək və mümkün təcavüzün təcəvüzkara baha başa gəlməsinə çalışmaqdır”.

virtualaz.org

Mənbə: virtualaz.org