Prezident yalan xəbər yaymaqda ittiham olunur

Prezident yalan xəbər yaymaqda ittiham olunur

Braziliya prezidenti Jair Bolsanuru saxta xəbər yaymaqdan ittiham olunur.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Braziliya Ali Məhkəməsi yeni növ koronavirus peyvəndlərinin İİV/QİÇS infeksiyasına səbəb olması ilə bağlı verdiyi açıqlamalarına görə prezident haqqında təhqiqata başlayıb.

Bolsanurunun epidemiya ilə mübarizədə səhlənkarlığını araşdırmaq üçün yaradılan Parlament İstintaq Komissiyasının tələbi ilə hakim Alexandre de Moraes istintaqa başlayıb.

Aprel ayından Parlament İstintaq Komissiyasının apardığı araşdırma nəticəsində prezident insanlığa qarşı 9 cinayətdə ittiham edilib.

Qeyd edək ki, Bolsanuru oktyabrın 21-də sosial media hesabından canlı yayıma çıxaraq İngiltərə hökumətini nəzərdə tutan hesabatda COVİD-19 qarşı peyvənd olunan bəzi şəxslərin QİÇS olduğunu qeyd edib.

İddialardan sonra Bolsanurunun canlı yayımı “Facebook”, “Youtube” və “Instagram” kimi platformalardan silinib. Dövlət başçısının “Youtube” hesabı bir həftəlik bağlanmışdı.

Mənbə: modern.az