KİV: "Rusiyanın Ermənistandakı səfiri geri çağırıla bilər"

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yaxın vaxtlarda geri çağırılacaq.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, diplomatın fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar var.

Qeyd edək ki, S.Kopırkin 2018-ci ilin aprelində bu vəzifəyə təyin olunub və fəaliyyət müddətinin bitməsinə az qalıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

SONRAKI XƏBƏR

Müğənnilər də dərman reklamına başlayıb - Komitə sədrindən ETİRAZ