Keçmiş erməni deputat: “Artilleriyaçı oğlanların amansız ölümünə görə Calal Harutyunyan cavab verəcək”

Keçmiş erməni deputat: “Artilleriyaçı oğlanların amansız ölümünə görə Calal Harutyunyan cavab verəcək”

“Dünən 44 günlük müharibədə ölmüş Hayk Melikyanın dəfn mərasimi idi”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan yazıb.


Onun sözlərinə görə, Hayk Melikyan “Tsor” hərbi hissəsinin artilleriyaçılarından biri olub.

“Sonuncu dəfə anası ilə ötən il oktyabrın 10-da danışıb, iki gün sonra ölüb. “Tsor” hərbi hissəsinin artilleriyaçı oğlanlarının amansız ölümünə görə Calal Harutyunyan hələ cavab verəcək”, - deyə Zöhrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az