Erməni politoloq: “Rusiya bütün itləri Ermənistanın üzərinə buraxdı”

“Şərqi və Mərkəzi Avropada yaranmış gərgin sərhəd vəziyyəti Cənubi Qafqazla bağlıdır və qarşılıqlı şəkildə təsir edir”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan deyib.


Onun sözlərinə görə, Putinin Soçi görüşü zamanı göstərdiyi konstruktivlik və həmçinin onun qısqanclıq səhnələrini səhnələşdirməkdən çəkinməsi Ukrayna sərhədindəki böyük qeyri-müəyyənliklə əlaqədardır.

“Bəli, Rusiya çox istəyirdi ki, 9 noyabr ərəfəsində ən azından “Zoom” ilə üçtərəfli görüş olsun. Və aydın idi ki, İrəvan ayın 9-da görüşmək istəmirdi. Ayın 9-da Ermənistanda 44 günlük müharibənin faciəvi sonunun bir illiyi idi, matəm tədbirləri planlaşdırılmışdı, gedib görüşmək ölkəmizə qarşı hörmətsiz münasibət idi. Lakin ruslar bunu problem hesab etdilər”, - deyə Mehrabyan qeyd edib.

Erməni politoloq deyib ki, Brüsseldə görüşmək haqqında razılaşma əldə ediləndə Rusiya bütün itləri Ermənistanın üzərinə buraxdı.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxıda 1340 tondan çox tərəvəz məhsulları istehsal olunub

SONRAKI XƏBƏR

Ağakərimi ziyarət edən Naziləyə qapını açmadılar - VİDEO