Deputatlarımız AŞPA-nın tədbirində iştirak edəcəklər

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Cebhe.info xəbər verir ki, komitə iclasının gündəliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, ölüm hökmünün ləğvi, Avropa Şurasına üzv dövlətlərin Şengen sistemindən siyasi sanksiya kimi istifadə etmələri ilə bağlı və bir sıra digər məsələlər daxil edilib.

Deputatlarımız tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər dekabrın 8-də başa çatacaq.

Vilayət Muxtar
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

ABŞ Milad bayramına hazırlaşır

SONRAKI XƏBƏR

"Tibb işçiləri qorxmadan müharibənin dəhşətli nəticələrinin aradan qaldırılması üçün çalışdılar" - Gizir feldşer