Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - VİDEO

Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan Siirtdə keçirilən kütləvi açılış mərasimində çıxışının son hissəsində vətəndaşlarla birlikdə Ziya Gökalpın 22 il əvvəl həbs olunmasına səbəb olan “Əsgər duası” şeirini yenidən oxuyub.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olarkən 12 dekabr 1997-ci ildə Siirtdə Ziya Gökalpın “Əsgərin duası” şeirini oxuyub. Bu səbəbdən Türkiyə Cəza Məcəlləsinin 312-ci maddəsinə əsasən, “sinfi, irqini, dini, məzhəbi və ya bölgəsini nəzərə alaraq xalqı nifrət və düşmənçiliyə sövq etmək” cinayəti ilə Ərdoğan 10 ay həbs cəzasına məhkum edilib.

Sonradan endirimdən yararlanaraq bu cəza 4 ay 10 günə endirildi.

Mənbə: www.bizimyol.info