Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub

Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub

Bakı. Trend:

Finlandiyanın xarici işlər naziri Pekki Haavisto koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Finlandiya hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, nazirdə xəstəliyin simptomları yoxdur. O, işini evdən davam etdirəcək.

 

XİN rəhbərinin koronavirusa qarşı peyvən olub-olmadığı barədə məlumat verilmir.

Mənbə: az.trend.az