BMT rəsmisi Abşeronda aksiyaya qoşulub

BMT rəsmisi Abşeronda aksiyaya qoşulub

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Abşeron Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən aksiyaya qoşulub.

"Report" xəbər verir ki, bu barədə Vladanka Andreyeva özünün tviterdəki səhifəsində bildirb.

O, qeyd edib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə, həmkarlar və tərəfdaşlarla birlikdə Abşeron Milli Parkında “MobilityAction”ın (hərəkətlilik fəaliyyəti) təşviqində iştirak edib.

BMT rəsmisi velosiped sürməyin xoşbəxt və sağlam qalmağın sadə yolu olduğunu qeyd edib.

Mənbə: report.az