Belovejsk razılaşmasını işləyərkən konyak içdik - Şuşkeviç

Belovejsk razılaşmasını işləyərkən konyak içdik - Şuşkeviç

Siyasətçilər Belovejsk razılaşmasının mətni üzərində işləyərkən konyak içiblər. Amma masada qəlyanaltı yox idi.

Axar.az xəbər verir ki, bunu keçmiş Belarus SSR Ali Sovetinin sədri Stanislav Şuşkeçiv deyib.

“Masamızın üzərində konyak şüşəsi var idi, hər kəsin qabağına da qədəh qoyulmuşdu. Biz 100 qramdan çox içmədik, hələ qədəhin dibində də qalmışdı. Yemək isə yox idi, bizə mane olardı”, - siyasətçi bildirib.

 

Mənbə: axar.az