Saakaşvili uzun müddət düzgün müalicə olunmayıb

Saakaşvili uzun müddət düzgün müalicə olunmayıb

Gürcüstanın “Empatiya” İşgəncə Qurbanları üçün Reabilitasiya Mərkəzinin ekspertləri iddia edirlər ki, ölkənin həbsdə olan eks-prezidenti Mixail Saakaşvili uzun müddət yanlış təyin edilmiş psixotrop dərmanlarla müalicə olunub.

Bu barədə məhkumu ziyarət edən mərkəzin həkimləri məlumat verib.

“Empatiya”nın rəhbəri həkim Mariam Cişkaraninin sözlərinə görə,

mərkəz “psixotrop dərmanlardan qeyri-düzgün istifadə” məsələsilə bağlı materialları Strasburq Məhkəməsinə göndərəcək.

Qeyd edək ki, Gürcüstanın Səhiyyə və Ədliyyə Nazirlikləri hələlik bu açıqlamaya münasibət bildirməyib.

Mənbə: “SputnikGeorgia”

Mənbə: www.oxu.az