Böyük anlaşmaya imza atıldı: İran...

Böyük anlaşmaya imza atıldı: İran...

İsrailin İrana hücum etmək üçün silah tədarükü gördüyü və təlimlərini artırdığı iddia olunur.

Publika.az xəbər verir ki, Bu barədə İsrailin "Ynet News" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin müdafiə tədarüklərinə nəzarət edən nazirlər komitəsi hava qüvvələrinə İrana gözlənilən hücuma hazırlıq çərçivəsində "Lockheed Martin" şirkətinin "CH-53K" helikopterlərini 2,4 milyard dollara almağa icazə verəcək.

İsrailin "Marker" qəzeti də yeni helikopterlərlə bağlı müzakirələrin Dəmir Qübbəli Raket Müdafiə Sistemi üçün əlavə ehtiyatların olduğu 15 helikopterin alınmasının təsdiqlənməsi ilə bir saatdan az çəkdiyini qeyd edib.

"Ynet News" qeyd edib ki, İsrail hazırda 2015-ci il nüvə sazişini canlandırmaq üçün İran və Aİ, dolayısı ilə ABŞ arasında nüvə müzakirələrinin nəticələrinə çox bədbindir və İsrail üçün işlər İrana zərbə endirmək ehtimalına doğru gedir. Nəşrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin daha çox təlimləri və kəşfiyyat məlumatları ilə İsrail ordusu son aylarda İrana qarşı hücum ehtimalı ilə bağlı hazırlıqlarını ikiqat artırıb.

Akqabay

Mənbə: publika.az