BƏƏ F-35-dən imtina edir?

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransadan 80 ədəd "Rafale" qırıcısı alacaq.

Modern.az xəbər verir ki, bəzi ekspertlər görə ABŞ-ın tədarükünü gecikdirdiyi F-35 qırıcılarını şübhə altına alıb.

Tramp administrasiyası BƏƏ-yə F-35 döyüş təyyarələrinin satılmasına razılıq verib. Ancaq, Bayden hakimiyyətə gəldikdən sonra qırıcıların satılması barədə müqavilə yenidən yoxlanılmağa başlayıb. Daha sonradan qırıcıların satılmasına razılıq verilsə də, hələ tədarüklər həyata keçirilməyib.

BƏƏ ümumi dəyəri 17 milyard avro olan “Dassault ” şirkətindən 80 “Rafales” döyüş təyyarəsi, “Airbus Helicopters” şirkətindən isə 12 “Caracal” hərbi helikopteri sifariş edib.

BƏƏ-nin Hava və Hava Hücumundan Müdafiə Sistemləri Komandanı general-mayor İbrahim Nasser Əl Alavi "Rafale" təyyarəsinin "Mirage 2000" qırıcılarını əvəzləyəcəyini deyib və əlavə edib ki, bu sövdələşmə qarşıdan gələn F-35 sövdələşməsinə əlavə olaraq nəzərdən keçirilir.

F-35 qırıcılarının BƏƏ-yə satışı, Vaşinqtonun Əbu-Dabinin Çinlə əlaqələri ilə bağlı narahatlığı fonunda təxirə salınıb.

ABŞ rəsmisi keçən ay bildirib ki, Vaşinqton bu satışı həyata keçirmək niyyətindədir, lakin BƏƏ öhdəlikləri aydın şəkildə başa düşülməlidir.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna məsələsinin yalnız bir həll yolu var - Rusiya

SONRAKI XƏBƏR

Ayanı hələ belə görməmişdiniz... - FOTOLAR