Fransa prezidentliyinə namizəd zorakılığa məruz qaldı

Fransa prezidentliyinə namizəd zorakılığa məruz qaldı

Fransa prezidentliyinə namizəd, sağçı Erik Zemmura təbliğat kampaniyası vaxtı hücum olub.

KONKRET.az-ın xəbərinə görə, hadisə Vilpent şəhərində baş verib.

Zemmur tribunaya yaxınlaşarkən tamaşaçılardan biri onun üstünə atılaraq yerə yıxmaq istəyib. Lakin mühafizəçilər həmin şəxsi zərərsizləşdirərək zaldan çıxarıblar. O, polis nəzarətinə götürülüb.

Fransa polisindəki mənbələrin xəbərinə görə, saxlanılan şəxsin dəfələrlə qanunsuz hərəkətlərə yol verib.

Mənbə: konkret.az