Putin ilə Modi iki ölkə arasında münasibətləri, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bu gün Hindistana səfər edəcək.

Trend-in məlumatına görə, dekabrın 1-də Rusiya dövlət başçısı bildirib ki, səfər zamanı o, respublikanın baş naziri Narendra Modi ilə “xüsusilə imtiyazlı Rusiya-Hindistan münasibətlərini, Rusiya-Hindistan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün yeni genişmiqyaslı təşəbbüsləri müzakirə etmək niyyətindədir".

Kreml əlavə edib ki, liderlər beynəlxalq gündəmdəki aktual məsələlər, o cümlədən "G20", BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.

Dövlət başçısının köməkçisi Yuri Uşakov ötən həftə deyib ki, mümkün mövzular arasında strateji sabitlik, terrorizmlə mübarizə, Asiya-Sakit okean regionunda vəziyyət və Əfqanıstandakı vəziyyət olacaq.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Avstriyada on minlərlə insan karantin qaydalarına qarşı çıxıb

SONRAKI XƏBƏR

ABŞ-da 3 mindən çox insanın olduğu gəmidə koronavirus aşkarlanıb