Savçenko: Ukraynalılar SSRİ-dən belə qisas aldılar

Ukraynalılar qisas naminə SSRİ-ni dağıtdılar.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Bankının sabiq sədr müavini Aleksandr Savçenko deyib.

O bildirib ki, Ukrayna 1991-ci ildə referendum yolu ilə SSRİ-nin varlığına son qoydu:

“Bununla Ukraynada insanlar min illər boyu alçaldılmanın əvəzini çıxdılar. Ukraynalılar bununla fəxr etməlidir. 1991-ci ildən sonra Kiyev ilk dəfə sivilizasiyalar mübarizəsinin episentrinə çevrildi”.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da usta təmir etdiyi kilsə tualetinin divarından 600 min dollar tapdı

SONRAKI XƏBƏR

İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü