ABŞ hələ də anlamır ki, Almaniya niyə belə edir?!

Şimal Axını-2 qaz kəmərini dayandırmaq artıq gecdir.

Axar.az xəbər verir ki, bu sözləri alman diplomat, Münhen təhlükəsizlik konfransının rəhbəri Volfqanq İşinqer deyib.

O bildirib ki, bu layihə Ukrayna ilə münasibətlər baxımından əlavə, həm də ABŞ-la fikir ayrılığı predmeti olaraq qalır.

İşinqerin sözlərinə görə, ABŞ Konqresi hələ də anlamır ki, nə üçün Almaniya özünü Rusiya qazından daha az asılı vəziyyətə gətirmir:

“Almaniya özünü ABŞ-ın daxili siyasətindən asılı etməməlidir, lakin əmin olmaq lazımdır ki, ABŞ əvvəlki kimi Almaniyanın siyasətini dəqiq anlayır”.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Qazilərimiz qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər

SONRAKI XƏBƏR

Polşada saxlanılan Rusiya gəmisinin bütün heyəti sərxoş olub