“Taliban” liderlərinin maaşı və Əfqanıstandakı minimum əməkhaqqı

“Taliban” rejimi rəhbərlərinin maaşı və Əfqanıstandakı minimum əməkhaqqı açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Taliban” lideri Molla Haybatullah Axundzade aylıq 2 min 400 dollar, baş nazirin müavini 2 min 60 dollar, nazirlər isə 1460 dollar maaş alacaq.

Əfqanıstanda minimum əməkhaqqı 52 dollar olacaq. Qərarın tezliklə qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, keçmiş prezident sarayında çalışan müşavirlərin maaşları 3 - 7 min dollar arasında dəyişirdi.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

"Pullu kişi ovunda olmadığım üçün evlənməyə səbəb yoxdur"

SONRAKI XƏBƏR

ABŞ sakini ilanlardan xilas olmaq istəyərkən evini yandırıb